Nəfslə mübarizənin 8 yolu


Digərləri 01 İyl 2021 23:10:00 147 0

Nəfslə mübarizənin 8 yolu

Rəhmətlik İmam (r) "Ərbəin" kitabında nəfslə mübarizə aparmağın səkkiz yolunu bizlərə tanıtmışdır ki, onlara işarə edək:

1. Yəqzə, yəni ayılmaq, qəflətdən çıxmaq. İnsan əgər qəflətdə olarsa, heç bir zaman nəfsini tərbiyə etmək istəməz. Ona görə də ilk addımda insan özünü tanımalı və qəflətdən ayılmalıdır. İmam Əli (ə) buyurur: "Ayılmaq - nurdur, ayılmaq - görmək və bəsirətdir. Dində ayılmaq və agahlıq o kəs üçün nemətdir ki, (ayılmaq) onun ruzisi olmuşdur".

Həzrət (ə) başqa yerdə buyurur: "Zinhar qəflət əlindən! Qəlb qəsavəti ancaq qəflət yatağında meydana gələr". Rəhmətlik İmam (r) buyurur: "İnsanlığın ilk mənzili yəqzədir və o, qəflət yuxusundan ayılmaq və başa düşməkdir ki, insan müsafirdir. Hər bir müsafirin gərək ehtiyatı və azuqəsi olsun. İnsanın azuqəsi - öz xasiyyətidir".

2. Təfəkkür etmək və düşünmək. Nəfslə mübarizənin ikinci addımı - təfəkkürdür. Allah haqqında, Onun yaratdıqları haqqında, öz taleyin və Allah qarşısındakı vəzifələrin haqqında düşünməkdir. Yəni, bu dünyaya haradan gəlmisən, niyə gəlmisən və hara gedəcəksən - o haqda düşünməkdir. İmam Əli (ə) buyurur: "Təfəkkür vasitəsilə qəlbini ayılt".

İmam Sadiq (ə) buyurur ki, Peyğəmbər (s) buyurub: "İnsan təfəkkür vasitəsilə Qiyamət günündən və işinin sonundan agah olar, elm və biliyi artar və heç bir ibadət təfəkkürdən yüksək deyildir".

3. Əzm. Yəni, qərara alırsan ki, Allahın vacibatlarını yerinə yetirəcək və haramlarından çəkinəcəksən. İnsan əzm etmədən heç bir məqama çata bilməz. Rəhmətlik İmam (r) əzm haqqında buyurur: "Əzm - insanın cövhəri və insanın üstünlük ölçüsüdür. İnsanların bir-birindən fərqi əzmin ölçüsünə görədir. Bu məqama uyğun olan əzm odur ki, günahı tərk etməyə əzm edəsən və vacibatları yerinə yetirməyə əzm edəsən. Əgər qəza etmisənsə, onları da yerinə yetirmək üçün əzm edəsən. Nəhayət əzm sənin simanı və zahirini aqil və dini insana çevirər. Dindar insan o kəsdir ki, dinə uyğun rəftar edər".

4. Müşaritə. İnsan özü ilə şərt kəsər ki, bir daha günah etməyəcəkdir və İlahi vacibatları yerinə yetirəcəkdir. Yəni, insan öz dini vəzifələrini öhdəsinə götürər. "Allahla olan əhd-peymanınız, yaxud sizin özünüzün bir-birinizlə olan əhd-peymanınız) vəfa edin". ("İsra" 34). Rəhmətlik İmam (r) buyurur: "Müşaritə odur ki, ilk gündən özünlə şərt kəsirsən ki, bu gün Allahın buyurduqlarının əksinə heç bir iş görməyəcəyəm. Əlbəttə bir gün buna əməl etmək asan bir işdir və insan onun öhdəsindən rahatlıqla gələ bilər".

5. Müraqibə. Yəni, insan özü ilə əhd bağladıqdan sonra əməl və rəftarlarına nəzarət etməlidir. Müraqibənin həqiqəti budur ki, insan gərək heç bir zaman Allahı unutmasın və zikr edərək, Allahı davamlı olaraq xatırlasın. Hər bir gördüyü işə Allah rəngi versin. İmam Əli (ə) buyurur: "Yaxşı olar ki, insan həmişə qəlbinə nəzarət etsin və dilini saxlasın".