Tövbənin 6 mərhələsi


Digərləri 01 İyl 2021 22:55:00 155 0

Tövbənin 6 mərhələsi

Ariflərdən biri münacat edən zaman özündən gedir və huşa gələn zaman qulağına bir səs gəlir ki, deyir: "Əgər min dəfə günah etsən və tövbə etsən, səni bağışlayaram. Ancaq əgər Bizim evin qapısından qeyrisinə pənah aparsan - səni bağışlamayacağam".

Bəli, tövbə - Allah yanında ən mühüm əməllərdən biridir. İmam Kazım (ə) buyurur: "Allah yanında ən məhbub, sevimli bəndələr - tövbə edənlərdir".

Həzrət Musa Kazım (ə) başqa yerdə buyurur: "Nə zaman mömin (pis əməlindən) geri qayıdar, tövbə və istiğfar edər - Allah ona açılar və onu bağışlayar.

Çünki Allah bağışlayan və mehribandır. Tövbəni qəbul edər. Günahları bağışlayar".

Tövbənin 6 mərhələsi.

İmam Əli (ə) buyurur: "Bilirsənmi ki, istiğfar nədir? İstiğfar o kəslərin dərəcəsidir ki, behiştin ən uca yerində məkan edəcəklər. İstiğfar o addır ki, 6 mənada istifadə olunmuşdur:

1. Keşmişdən peşman olmaq.

2. Həmişəlik həmin günaha qayıtmamaq qərarına gəlmək .

3. Allah bəndələrinin onun boynunda olan haqlarını qaytarmaq.

4. Məhv etdiyi vacibatı yerinə yetirmək.

5. Haramdan yetişən əti çoxlu qəm və qüssə ilə suya çevirmək - o zamana qədər ki, dəri sümüyə yapışsın. Sonra təzə ət yetişsin.

6. Bədəninə itaətin çətinliyini daddırmaq.

Nə zaman belə etsən, o zaman de: "Əstəğfirullah"".