Hindistan ştammı uşaqlarda ağır izlər qoyur
Dünya 01 İyl 2021 22:41:00 206 0
Hindistanda koronavirusa yoluxan uşaqlara və yeniyetmələrə getdikcə daha çox MIS-C diaqnozu (çoxsistemli iltihab sindromu) qoyulur. Bu barədə Hindistan Tibb və Tədqiqat İnstitutu məlumat verib.
Son.az publika.az-a istinadən xəbər verir ki, həkimlər bu sindromun qarşısını almaq üçün məktəblilərin daha çox fiziki məşq etməli olduğunu söyləyib. Artıq çəki əsas risk faktorlarından biridir. Bundan əlavə, uşaqların virusu asimptomatik keçirməsinə baxmayaraq, valideynlərin ayıq-sayıq olmasının vacibliyini vurğulayıblar.
Dünya tibbində uşaqlarda çoxsistemli iltihab sindromu diaqnozu COVID-19-dan az sonra - 2020-ci ilin yayında ortaya çıxdı. Həkimlər sağaldıqdan ən azı bir neçə həftə (bəzən 1,5 ay) sonra bəzi yeniyetmələrdə qızdırma, dəri səpkiləri, aşağı təzyiq, hətta birdən çox orqanın sıradan çıxdığını görməyə başladılar.
Pediatrların sözlərinə görə, bu, bir çox cəhətdən qan dövranı xəstəliyi olan və əsasən uşaqlarda rast gəlinən Kavasakiyə yaxındır. MIS-C sindromunu tez-tez Kavasakiyə bənzədirlər. Buna baxmayaraq, həkimlər bunların iki fərqli diaqnoz olduğu qənaətindədir.
Rusiyalı həkim Yevgeni Timakov "Life"a verdiyi müsahibədə bildirib ki, onlar arasındakı fərqlər laboratoriya məlumatları və orqan zədələnmə dərəcələri ilə izah olunur. Bununla birlikdə, çoxsistemli sindrom antiinflamatuar və qandurulaşdırıcı maddələr daxil olmaqla, Kavasaki sindromu ilə eyni şəkildə müalicə olunur.
"Sindrom ciddidir, uşağın bədənindəki bütün orqan və toxumalara təsir edir. Təəssüf ki, özünü müxtəlif allergik xəstəliklər, səpkilər kimi göstərir, yəni valideynlər bunu dərhal tanımaya bilər. Buna görə də ağır fəsadlarla nəticələnə bilər, koronavirus infeksiyasından 2-6 həftə sonra ortaya çıxır, müalicə olunmasa, uşağın həyatı üçün təhlükə daşıyır.
Sindrom qismən böyüklərdəki məşhur "sitokin fırtınası" ilə müqayisə edilə bilər. Hər iki vəziyyətdə də bu, bədənin patogenlərin hücumuna qarşı həddindən artıq müdafiə reaksiyasıdır. Bu, müxtəlif otoimmun proseslərin meydana gəlməsi ilə immunitetin həddindən artıq reaksiyasıdır. Yalnız yetkinlərdə "sitokin fırtınası" dərhal özünü göstərir, uşaqlarda isə gecikir'", - Yevgeni Timakov qeyd edib.
Pediatr vurğulayıb ki, koronavirusa yoluxan uşağın vəziyyətindəki hər hansı dəyişiklik narahatlığa əsas verir: "Əzələ ağrıları, temperatur reaksiyaları, dərinin qabıq verməsi, şişkinlik, qanaxmalar, müxtəlif spesifik xəstəliklər ciddi simptomlardır. Təcili olaraq həkimə müraciət etməlisiniz".
Pediatr Andrey Stepanov isə bu sindromun koronavirusun damar sisteminə təsiretmə qabiliyyəti ilə əlaqəli olduğunu bildirib: