Əsgərlər məni qorumaq üçün...


Digərləri 30 İyn 2021 13:04:00 116 0

Əsgərlər məni qorumaq üçün...

Müharibə zamanı əsgərlər məni qorumaq üçün sinələrini düşmən gülləsinə sipər etdilər.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Mayis Bərxudarov AzTV-yə müsahibəsində deyib.

Mayis Bərxudarov qeyd edib ki, müharibədə əsgər və komandirlərin ümumiləşdirici bir adı olur - döyüşçü:

"Əlbəttə ki, əsgərlərimiz hər yerdə komandirlərini qorumağa çalışırlar. Komandirin düşmən gülləsinə tuş gəlməsini istəmirlər. Əsgərlər bir neçə döyüş anında məni qorumaq üçün sinələrini düşmən gülləsinə sipər etdilər. Bu qəhrəmanlıqlar unudulmayacaq".