Ruslar Putinə bir milyon sual ünvanladılar:


Digərləri 30 İyn 2021 13:13:00 138 0

Ruslar Putinə bir milyon sual ünvanladılar:

Rusiya prezidenti Vladimir Putin "Birbaşa xətt"də  ölkə vətəndaşlarının suallarını cavablandırır.

Son.az lent.az-a istinadən xəbər verir ki, artıq prezidentə 1 milyondan çox sual ünvanlanıb.

"Rossiya 24" kanalının məlumatına görə, Putinə ünvanlanan 1 256 048 sualdan 658 183-ü koll-mərkəz, 331 070 SMS, 33 487 sosial şəbəkələr vasitəsiylə edilib.

Suallar koronavirusla mübarizə və peyvəndləmədən tutmuş, iqtisadi vəziyyət, təqaüdlər, ABŞ-la münasibətlərədək müxtəlif mövzuları əhatə edir.