Afət polisə müraciət edəcək "Pul tələb edirlər, vermədikdə şantaj edəcəklərini söyləyirlər”


Şou-biznes 30 İyn 2021 13:14:00 125 0

Afət polisə müraciət edəcək  "Pul tələb edirlər, vermədikdə şantaj edəcəklərini söyləyirlər”

"Daxili İşlər Nazirliyinə, Vilayət Eyvazova müraciət edirəm. Biz müğənniləri xaricdə yaşayan bloqerlərə söydürən xanımı araşdırın. Görün kimlərə pul yardımları edib və kimlərlə əlaqədadır. Özü və ailə üzvləri araşdırılsın. Boğaza yığılmışıq. Bizdən də pul tələb olunur. Vermədikdə şantaj edəcəklərini söyləyirlər".

Son.az sherg.az-a istinadən xəbər verir ki, bu sözləri İnstaqram profilində paylaşdığı videoda  müğənni Afət Fərmanqızı söyləyib.  A.Fərmanqızı ad çəkməsə, həmkarı Nazənin Salayevadan danışdığı məlum olub: "Məsələn, Manaf Ağayevlə həmin xanım düşmən idi. Mən Manafla  küsülü olanda ona sərf edirdi. Biz barışan günü  məni söydürdü.  Yenə də bilməzliyə vurdum. Fikirləşdim ki, söyülənlərdə artıq deyiləm. Bu dövləti kim istəyirsə,  onları söyürlər. Sonra o xanıma zəng elədim  ki, Manafa görə, təhqir olundum. Ondan söz alırdım.

Qayıtdı ki, sənə lazım idi Manafla barışmaq? Həmin an tutdum ki, düz yoldayam. Yaxın günlərdə  xaricdə bizi söyənlərdən birinin oğluna  pul veriblər. Məndə olan məlumatdır. Bunu araşdırıb tapmaq asandır. O xanım bu gün məni söydürür. Adıma  pis-pis sözlər dedizdirir, ləzzət alır. Ona görə ki, çəkilişdə süfrəmin başında Manaf Ağayev oturub. Düşünmə ki, biz bilmirik.  Mənə o, nə deyəcək ki?  Bir qadına nə deyə bilər? Məsələn, ona deyir ki, söylə Afəti filan  qiymətə filan yerə çağırmışam. Bu adamın tərzi belədir. Yanımda bir xanım  sənətçini söydürüb Sankt- Peterburqdan onlara pul göndərib. Mən şahidəm. İndi sual verirəm, ay xanım sən niyə söyülmürsən? Əziyyət çəkib, ən ucuz qiymətə toylara gedib, xalqın şad günündə yanında  olmuşam. Razıyam, hamımız söyülək. Necə olur ki,  rəfiqənin ərini əlindən almısan.

Söyülmürsən. Mən isə belə etməmişəm.  Bizi təhqir etdirən sənsən. Bilirik. Maşın sürə bilmirik. Həmin dəqiqə videomuzu xaircdəkilərə göndərir, söydürür. Sankt- Peterburqda ərinin maşın salonları var. Onların vasitəsilə həmin adamlara pul göndərir.  Flora Kərimovadan danışmıram. O şəxsiyyətli insandır. Mərd kimi düşmənçilik edir. Açıb sandığı tökəcəm pambığı.  Hamısının adı ilə deyəcəm. Bir də insanları çaşdırırlar ki, pandemiya dövründə öz yardımımdan sonra "Kamaz"larla yardımı adıma çıxmışam. Xeyir. Kömək edənlərin adını demişəm".