Bakı metrosuna yeni qatarlar gətirilir


Digərləri 30 İyn 2021 13:07:00 101 0

Bakı metrosuna yeni qatarlar gətirilir

Rusiyanın "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin Bakı metropoliteni üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi Bakıya yola salınıb. Vaqonların texniki cəhətdən yoxlanılması, qəbulu və yola salınması məqsədilə "Bakı Metropoliteni" QSC-nin Hərəkət qatarlarının istismarı və Depolar üzrə iş departamentlərinin rəisləri Akif Əhmədov və Faiq Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti "Metrovaqonmaş" müəssisəsində olub.

"Bakı Metropolitenin"dən Son.az-a verilən məlumata görə, 2019-cu ilin oktyabr ayında "Bakı Metropoliteni" QSC ilə bu müəssisə arasında üçillik müqavilə imzalanaraq, 2020-2022-ci illər ərzində Bakı metropoliteni üçün hər il texnoloji innovasiyalar baxımından ən müasir 20 vaqonun istehsalı nəzərdə tutulub. Müqavilənin imzalanması zamanı istehsalçı müəssisədə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirən lövhə açılıb və ağacəkmə kampaniyası keçirilib. Ulu öndərin xatirəsinin əbədiləşdirilməsi, təkcə iki müəssisə arasındakı sıx əlaqələrə ehtiramın əlaməti deyildi. "Metrovaqonmaş" müəssisəsinin sələfi olan Mıtişşi Vaqon İstehsalı Zavodunun ən qabaqcıl müəssisələrdən biri kimi inkişaf etməsi və qabaqcıl müəssisələrdən birinə çevrilməsi Heydər Əliyevin adı ilə bağlıdır. 1980-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsində çalışan Ulu öndərin qətiyyəti sayəsində zavodun inşa olunan daha bir sexi müəssisənin istehsal potensialını elə bir səviyyəyə çatdırıb ki, bu cəsarətli addım gələcək uğurların təməlini qoyub.

Bakı metropoliteni üçün istehsal edilən vaqonların 2021-ci ilə nəzərdə tutulmuş qatarları Azərbaycana yola salınmazdan əvvəl Bakı metropoliteninin və "Metrovaqonmaş"ın nümayəndələri müəssisədə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirən lövhənin önünə gül çələngi qoyub, müəssisənin həyətində 2019-cu ildə Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun iştirakı ilə salınmış parkdakı ağacları suvarıblar.

Daha sonra müvafiq texniki prosedur qaydalarına uyğun olaraq, qatarlar təftiş olunub. Bakı metropoliteninin qoyduğu tələblərə uyğun istehsal edilmiş vaqonlar daha sonra Bakıya yola salınıb.

Paytaxta gətiriləcək 4 qatar tərkibi "Nərimanov" elektrik deposunda müvafiq sazlama, sınaq və tənzimləmə işlərindən sonra xəttə buraxılacaq. Bununla, Bakı metropolitenində müasir standartların tələblərinə uyğun gələn vaqonların sayı 95-ə çatacaq.

Əsgərlər məni qorumaq üçün... like
  • 30 İyn 13:04  
Digərləri Əsgərlər məni qorumaq üçün...

Müharibə zamanı əsgərlər məni qorumaq üçün sinələrini düşmən gül

arrow Ətraflı
Zakir Həsənov məşhur polkovniki yüksək vəzifəyə like
  • 30 İyn 13:01  
Digərləri Zakir Həsənov məşhur polkovniki yüksək vəzifəyə

Müdafiə Nazirliyində yeni kadr təyinatı həyata keçirilib.

arrow Ətraflı
İctimai Şuranın üzvləri məcburi köçkünlərlə görüşüblər  FOTO like
  • 30 İyn 12:59  
Digərləri İctimai Şuranın üzvləri məcburi köçkünlərlə görüşüblər FOTO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

arrow Ətraflı
"Vətən müharibəsində qələbənin arxasında uzun illərin gərgin əməyi dayanırdı" like
  • 30 İyn 12:56  
Siyasət "Vətən müharibəsində qələbənin arxasında uzun illərin gərgin əməyi dayanırdı"

Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfərinin arxasınd

arrow Ətraflı
2 yaşlı qız faciəvi şəkildə öldü like
  • 30 İyn 12:54  
Digərləri 2 yaşlı qız faciəvi şəkildə öldü

Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində fərdi yaşayış evin

arrow Ətraflı
Sakinlər təhlükə altındadır: Sürüşmə zonasındakı evlər nə vaxt köçürüləcək? like
  • 30 İyn 12:44  
Digərləri Sakinlər təhlükə altındadır: Sürüşmə zonasındakı evlər nə vaxt köçürüləcək?

Suraxanı rayonu Zığ qəsəbəsində 60-a yaxın ailənin evi aktiv sürüşm

arrow Ətraflı
Sabahdan toylar başlayır, bəs şadlıq saraylarında qiymətlər necədir? like
  • 30 İyn 12:39  
Digərləri Sabahdan toylar başlayır, bəs şadlıq saraylarında qiymətlər necədir?

Ötən illərlə müqayisədə şadlıq saraylarında menyuların qiyməti böy

arrow Ətraflı
Elektron qolbaq daşıyan şəxs narkotiklə tutuldu like
  • 30 İyn 12:34  
Digərləri Elektron qolbaq daşıyan şəxs narkotiklə tutuldu

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz

arrow Ətraflı
Vəkildən dünyanı silkələyən iddia: "Maradona öldürülüb?" like
  • 30 İyn 12:29  
Digərləri Vəkildən dünyanı silkələyən iddia: "Maradona öldürülüb?"

Əfsanəvi futbolçu Dieqo Maradonanın öz əcəli ilə vəfat etmədiyi, öld

arrow Ətraflı
O da təcavüzə məruz qaldığını açıqladı like
  • 30 İyn 12:24  
Şou-biznes O da təcavüzə məruz qaldığını açıqladı

Babası tərəfindən təcavüzə məruz qaldığını açıqlayan aktrisa Hafsa

arrow Ətraflı
Bu məntəqələr qanunları pozurdular like
  • 30 İyn 12:19  
Digərləri Bu məntəqələr qanunları pozurdular

Bakı şəhərinin Xətai rayonu ərazisində keçirilən növbəti monitorinql

arrow Ətraflı
AzərbaycanTürkiyə birgə təlimlərindən like
  • 30 İyn 12:17  
Digərləri AzərbaycanTürkiyə birgə təlimlərindən

Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq

arrow Ətraflı
BərdəAğdam avtomobil yolu like
  • 30 İyn 12:14  
Digərləri BərdəAğdam avtomobil yolu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsas

arrow Ətraflı
DİN pişiyə işgəncə verən şəxslə bağlı araşdırmaya başladı like
  • 30 İyn 12:11  
Digərləri DİN pişiyə işgəncə verən şəxslə bağlı araşdırmaya başladı

Azərbaycanda pişiyə isgəncə verərək bunu videoya çəkib sosial şəbək

arrow Ətraflı