Elektron qolbaq daşıyan şəxs narkotiklə tutuldu


Digərləri 30 İyn 2021 12:34:00 107 0

Elektron qolbaq daşıyan şəxs narkotiklə tutuldu

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə və kultivasiyasına qarşı əməliyyat tədbiri keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı narkotik vasitələri əkib-becərməkdə şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər də məhkum olunmuş Əliağa Rəhimov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 7 kiloqram 130 qram olan 14 ədəd çətənə kolu aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və aqrotexniki qaydada xüsusi qulluq edərək yetişdirdiyini bildirib.

Qeyd edək ki, Ə.Rəhimov azaldığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsdir. O, məhkumlar üçün nəzərdə tutulan elektron qolbaqla təchiz edilib. Buna baxmayaraq həmin şəxs analoji cinayət əməli törətdiyi üçün polis əməkdaşları tərəfindən yenidən saxlanılıb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.