Azərbaycanda pul kütləsi artıb


Digərləri 30 İyn 2021 02:00:00 217 0

Azərbaycanda pul kütləsi artıb

2021-ci ilin yanvar-may aylarında Azərbaycanda pul kütləsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 27 faiz artaraq 21,6 milyard manat təşkil edib.

Son.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, hesabat dövründə dövriyyədəki nağd pul kütləsinin həcmi 18,3 faiz artaraq 10,65 milyard manat, geniş pul kütləsi 14,4 faiz artaraq 30,46 milyard manata, sövdələşmələr üçün pul 26,6 faiz artaraq 18,735 milyard manata bərabər olub