Bakı Metropoliteninin sabiq rəisi indi nə işlə məşğuldur?
Digərləri 30 İyn 2021 01:20:00 175 0
Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar ki, qibtə belə edirdilər. Amma indi...
İndi isə unudulanlar siyahısındadılar. Onlardan bəziləri xaricdə yaşayır. İndi də iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.
Son.az lent.az-a istinadla bildirir ki, Tağı Əhmədov 1948-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.
1965-ci ildən "Badamlı" zavodunda fəhlə, 1970-1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi işləyib. Texnika elmləri namizədidir.
1998-ci ildə Bakı Metropoliteninin rəisi vəzifəsinə təyin olunub.
2005-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür. Hazırda Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədridir.
Evlidir, 2 övladı var.