Afrikada dünyanın ən böyük bitcoin fırıldaqçılığı reallaşdırılıb


Digərləri 30 İyn 2021 01:00:00 135 0

Afrikada dünyanın ən böyük bitcoin fırıldaqçılığı reallaşdırılıb

Africrypt adlı kriptovalyuta platformasını yaratmış CAR (Cənubi Afrika Respublikası) vətəndaşları Ameer və Raees Cajee qardaşları 69.000 bitcoinin oğurlanmasında şübhəli bilinirlər. 2019-cu ildə yaradılmış Africrypt kriptovalyuta platforması imkanlı və məşhur şəxslər üçün nəzərdə tutulmuşdu. Bir çox dələduzluq sxemlərində olduğu kimi bu platformada da investorların gəlirləri investisiyaların 10%-ni təşkil edirdi. Bu ilin aprel ayında Ameer və Raees qardaşları Africrypt platformasının hack edilməsi məsələsi ilə bağlı investorlara elektron poçt vasitəsilə müraciət etmişdilər.

    Onların sözlərinə əsasən hackerlər müştərilərin hesablarını əldə ediblər və qardaşlar oğurlanmış vəsaitləri geri qaytarmağa çalışırlar. Ümumilikdə 3.6 milyard dollar dəyərində kriptovalyuta oğurlanmışdı. "Bizim 1 nömrəli prioritetimiz oğurlanmış vəsaitləri tez bir zamanda geri qaytarmaqdır. Lakin bu proses çox qəlizdir və çox zaman alacaq" - deyə qardaşlar qeyd etmişdilər. Bundan əlavə olaraq onlar əmanətçilərdən hüquq-mühafizə orqanlarına müraciət etməməyi xahiş etmişdilər. Belə ki, əks halda vəsaitlərin geri qaytarılması prosesi daha da qəlizləşə bilərdi. Buna baxmayaraq zərər çəkmiş şəxslər Hanekom Attorneys adlı hüquq şirkətinə müraciət etmişdilər.

    Onlar həmin şirkətdən bu məsələnin araşdırılmasını istəmişdilər. Nəticədə isə şirkət bildirmişdi ki, Africrypt platformasının yaradıcıları Böyük Britaniyaya yollanıblar və bütün əlaqə kanallarını deaktiv ediblər. Aparılmış istintaq çərçivəsində CAR polisi müxtəif kriptovalyuta birjaları ilə əlaqə yaradıb. Belə ki, CAR polisi bu məsələnin aydınlaşdırılması üçün digər birjalarla əməkdaşlığa ümid edir. Hüquq-mühafizə orqanları sözügedən dələduzların oğurlanmış kriptovalyutaları satmağa cəhd göstərdikləri zaman onları yaxalamağa ümid edir. Lakin bitcoinlərin göndərilməsi zamanı müxtəlif servislərdən istifadə olunur. Onlar isə öz növbələrində tranzaksiyaları dolaşdırırlar. Bu isə öz növbəsində vəsaitlərin izlənməsi prosesini qəlizləşdirir.