Türkiyəli məşhurların lüks tətil görüntüləri FOTO


Şou-biznes 30 İyn 2021 00:40:00 123 1

Türkiyəli məşhurların lüks tətil görüntüləri  FOTO

Türkiyənin tanınmış şou nümayəndələri sosial media hesablarından tətil fotolarını izləyiciləri ilə paylaşırlar.

Son.az oxu.az-a istinadən xəbər verir ki, "Haber Türk" onların "Instagram"da paylaşdığı fotoları bir yerə yığıb.

Məşhur aparıcı Çağla Şikel müğənni Emre Altuğ ilə evliliyindən dünyaya gələn oğulları Kuzey və Uzayla birgə Çeşmədə dincəlir. 42 yaşlı cazibədar aparıcı çimərlikdə əyləndiyi fotolarını sevənləri ilə paylaşıb.

Məşhur müğənni Ziynet Sali tətil mövsümünü Kiprdə açıb. 48 yaşlı məşhur hovuzdan fotosunu "Günəşin xoşbəxtliklə mütləq əlaqəsi var" başlığı ilə paylaşıb.

Aktrisa Aslı Tandoğan bir müddətdir Bodrumun Torba rayonunda tətildədir.

Məşhur sənətçi İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs iti və sevgilisi Levent Dörter ilə birlikdə Dikili Bademliyədə istirahət edir.