İsrail və BƏƏ XİN rəhbərləri iqtisadi razılaşma imzalayıblar


Siyasət 29 İyn 2021 23:56:00 133 0

İsrail və BƏƏ XİN rəhbərləri iqtisadi razılaşma imzalayıblar

Əbu-Dabi şəhərində İsrailin xarici işlər naziri Yair Lapid və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyan arasında görüş baş tutub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, görüş zamanı tərəflər iki ölkə arasında iqtisadi və ticari əməkdaşlıq haqqında razılaşma imzalayıblar.