Xiaomi smartfonların səs vasitəsilə şarj olunmaları texnologiyası üzərində çalışır


Digərləri 29 İyn 2021 23:45:00 287 0

Xiaomi smartfonların səs vasitəsilə şarj olunmaları texnologiyası üzərində çalışır

Xiaomi mühəndisləri cihazlar üçün enerji mənbəyi kimi səs dalğalarından istifadə texnologiyası üzərində çalışırlar. Şirkət artıq sözügedən texnologiyanın patentini əldə edib. Beləliklə patent sənədində mobil cihazların səs dalğaları vasitəsilə şarj olunmaları prinsipi barəsində məlumat əks olunub. Xiaomi-nin planına əsasən bunun üçün nəzərdə tutulmuş şarj stansiyası özündə akustik titrəyişlərin generatorunu birləşdirəcək. İstifadəçinin cihazı isə öz növbəsində müvafiq tezliyi əldə edəcək qəbuledici ilə təchiz olunacaq. Nəticədə həmin qəbuledici bu cür səs dalğalarını əldə edərək onları elektrik cərəyanına çevirəcək.

Bununla belə şarj stansiyası enerjini həmçinin enerji girişindən və günəş panelləri kimi alternativ enerji mənbələrindən də əldə edə biləcək. Təqdim olunmuş bu yeni texnologiya hələ ki, kağız üzərində mövcuddur. Bu cür texnologiyanın satışa çıxarılması barsində danışmaq hələ çox tezdir. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Xiaomi naqilsiz şarj texnologiyasının digər alternativi olan Mi Air Charge texnologiyasını təqdim etmişdi. Sözügedən şarj stansiyası uzaq məsafədə yerləşən cihazı hava üzərindən şarj etməyə imkan verir.