OPEK+ nazirləri iclasın vaxtını dəyişdilər


Digərləri 29 İyn 2021 23:31:00 167 0

OPEK+ nazirləri iclasın vaxtını dəyişdilər

OPEK+ monitorinq komitəsinin nazirlər iclasının vaxtı dəyişib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "TASS"a nümayəndə heyətlərindəki iki mənbə məlumat verib.

Mənbələrin məlumatına əsasən, iyunun 30-u keçirilməli olan iclas iyulun 1-də baş tutacaq.

Bu o deməkdir ki, OPEK+ nazirləri iyulun 1-i bir-birinin ardınca üç görüş keçirəcəklər və ilk dəfə görüşlərin keçirilmə ardıcıllığı pozulacaq.

Yeni qrafikə əsasən, saat 15:00-da OPEK nazirlərinin görüşü, saat 16:30-da monitorinq komitəsinin iclası, saat 19:00-da isə OPEK+ ölkələrinin nazirlərinin görüşü baş tutacaq.