Çində iki şəhər arasında kvant məlumatlarını ötürən kanal sınaqdan keçirilib


Digərləri 29 İyn 2021 23:20:00 209 0

Çində iki şəhər arasında kvant məlumatlarını ötürən kanal sınaqdan keçirilib

Çin alimləri bir-birindən 511 km məsafədə yerləşən iki şəhər arasında təhlükəsiz kvant rabitəsi qurmağa nail olublar.

Son.az ictnews.az-a istinadən bildirir ki, kvant şəbəkələrinin əsasını kvant qarışıqlığı adlandırılan fiziki hadisə təşkil edir. Çin alimləri artıq keçirilmiş sınaqlar çərçivəsində iki qarışıq foton hazırlayıblar, sonra onlardan birini qəbulediciyə göndərərək təhlükəsiz kvant açarı ilə şifrlənmiş xətt yaratmağa nail olublar. İndiyədək belə xətlərin uzunluğuna məhdudiyyət var idi, ancaq Çinin Elm və Texnologiya Universitetinin alimi Syan Çjan və onun həmkarları retranslyatorun (radio siqnalları qəbul edən və efirə yayan qurğuya deyilir) köməyi ilə bu məhdudiyyəti aradan qaldırmağın yolunu tapıblar.

Retranslyator sayəsində sözügedən rabitə xətti məlumatların təhlükəsiz ötürülməsi üçün kvant açarları ilə mübadiləyə imkan verir. Alimlər əmindirlər ki, retranslyatorla işləyən kvant məlumatlarını ötürən xətt yeni təhlükəsiz və səmərəli kommunikasiyaların yaradılmasına kömək edəcək.