“Instagram”da kompüterdən foto dərc etmək imkanı əlçatan olub


Digərləri 29 İyn 2021 22:45:00 120 0

“Instagram”da kompüterdən foto dərc etmək imkanı əlçatan olub

"Instagram" sosial şəbəkəsinin bəzi istifadəçiləri proqramın masaüstü versiyasından foto və ya video dərc edə biliblər.

Son.az ictnews.az-a istinadən bildirir ki, yeni funksiya sınaq rejimində bir sıra istifadəçilərə əlçatan olub. Kompüterdən şəkil və ya video yükləmək üçün yuxarı sağ küncdə yerləşdirilmiş " " işarəsinə sıxmaq lazımdır. Bundan sonra istifadəçi şəklin ölçüsünü dəyişdirə, həmçinin lazımi filtrləri tətbiq edə biləcək.

Bu funksiya əvvəllər yalnız mobil proqramda əlçatan idi.