"Bu mahnıdan qazandığım pulla İstanbulda ev aldım"


Şou-biznes 29 İyn 2021 19:42:00 198 0

"Bu mahnıdan qazandığım pulla İstanbulda ev aldım"

Xalq artisti Brilliant Dadaşova "Maç-maç" mahnısının Türkiyədə yayımlanmasından yüksək qonorar aldığını etiraf edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki,  müğənni bu haqda "Fəlidon doğru xəbər" verilişində deyib. O, "Nə qədər qazanmışınız? Neçə sıfır var idi" sualına belə cavab verib:

"Onlar məndən icazəsiz mahnıdan istifadə ediblər. Zəng etdilər ki, 11 aydır reklamda mahnınız yayımlanır, 1 ay da keçsə, heç nə sübut edə bilməyəcəksiniz. Getdim, sübut etdim və 5 illik müqavilə imzaladım. Sonra Azəri qızı Günel mahnını oxumaq istədi. İbrahim Tatlısəs dedi ki, aranjiman da edilib. Onlara deyə bilmədim ki, 5 il mahnını heç kim oxuya bilməz. Onlardan yaxşı pul almışdım. Həmin pulla İstanbuldan ev də aldım".