Məşhur aparıcı maskalı insanlardan qorxduğunu etiraf etdi FOTO


Şou-biznes 29 İyn 2021 19:12:00 151 0

Məşhur aparıcı maskalı insanlardan qorxduğunu etiraf etdi  FOTO

Britaniyalı televiziya aparıcısı Keti Payper maskalı insanları görəndə panikaya düşdüyünü etiraf edib. O, bu qorxusunu 13 il əvvəl cinayətkarın ona hücum edərək üzərinə sulfat turşusu atması ilə izah edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Mirror" xəbər verib.

37 yaşlı televiziya ulduzu bəzən ona qorxulu gələn insanlara qarşı ayrı-seçkilik etdiyini deyib.

"İnsanların kiçik gözlərindən başqa hər yeri örtülü halda mənə yaxınlaşanda içimdəki hər şey sanki sıxılır və mən panika keçirdirəm", - deyə Payper psixoloji narahatlığını bölüşüb.

Qeyd edək ki, 2008-ci ildə Payperin keçmiş sevgilisi bir nəfər tutaraq qızın üzünə sulfat turşusunu atmasını təşkil edib.