Rusiyada rekord ölüm sayı qeydə alındı


Dünya 29 İyn 2021 18:54:00 147 0

Rusiyada rekord ölüm sayı qeydə alındı

Rusiyada son sutka ərzində 20 616 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Son.az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 5 493 557 nəfərə çatıb.

Son sutka ərzində 652 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, Rusiyada pandemiya dövründə sutka ərzində qeydə alınmış maksimum ölüm sayıdır.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 134 545 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.