Azərbaycanla Türkiyə arasında ikitərəfli tranzit daşımaları üçün kvota artırılıb


Digərləri 29 İyn 2021 18:26:00 167 0

Azərbaycanla Türkiyə arasında ikitərəfli tranzit daşımaları üçün kvota artırılıb

Azərbaycanla Türkiyə arasında ikitərəfli tranzit daşımaları üçün verilən buraxılış sənədinin kvotası 31 faiz, yəni 35 mindən 46 minədək artırılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin hesabatında deyilir.

Qeyd olunur ki, bundan başqa, üçüncü ölkələrə tranzit daşımaları üçün kvota 2,5 mindən 3 minədək artırılıb.

Nazirliyin məlumatına əsasən, 2021-ci il üçün əlavə 8 min buraxılış sənədi verilib.