DİNdən geniş əməliyyat:


Kriminal 29 İyn 2021 14:18:00 100 0

DİNdən geniş əməliyyat:

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib.

Bu xəbəri də oxu: Səməd Səmədov vəfat etdi

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Baş İdarənin əməkdaşlarının Qaradağ rayonunda keçirdikləri əməliyyat zamanı Bərdə şəhər sakini əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün dəfələrlə məhkum olunmuş Ramal Hüseynov saxlanılıb.

Onun üzərindən və idarə etdiyi avtomobilindən 18 kiloqram 582 qram heroin, 1 kiloqram 630 qram psixotrop maddə metamfetamin və narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi bir ədəd plastik kart aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Ramal Hüseynovun yaşadığı Bərdə şəhərində yerləşən evindən isə əlavə 9 kiloqramdan artıq heroin aşkar olunub.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Masallı rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Astara rayon sakini İbrahim İmaməliyev saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 13 kiloqram 710 qram heroin, 10 kiloqram tiryək, 3 kiloqram 443 qram psixotrop maddə olan metamfetamin, 1 kiloqram marixuana və 1000 ədəd satışı qadağan olunan yüksək təsiredici "Metadon" həbləri aşkar olunub. İbrahim İmaməliyev külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyini bildirib.

Baş İdarə əməkdaşlarının Sabunçu rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Amid Süleymanov, Zakir Abbasov və Müşfiq Əliyev tutulublar. Amid Süleymanovun üzərinə və yaşadığı Ramana qəsəbəsindəki evinə baxış zamanı 6 kiloqram 89 qram heroin, 2 kiloqram 50 qram psixotrop maddə metamfetamin və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib. Bu əməliyyat zamanı saxlanılan Zakir Abbasov və Müşfiq Əliyev Sabunçu rayonunun qəsəbələrində narkotik vasitələrin satışı, daşınması və gizlədilməsində Amid Süleymanova yaxından köməklik göstəriblər.

Baş İdarə əməkdaşlarının müvafiq olaraq paytaxtın Nərimanov, Xəzər, eləcə də, Abşeron rayonu ərazilərində həyata keçirdikləri əməliyyatlar zamanı isə əvvəllər məhkum olunmuş Vüqar Ələsgərov, Elvin Rəsulov, Samir Şahverdiyev, Nail Nəsirov və Səbuhi Hüseynli saxlanılıblar. Baxış zamanı Vüqar Ələsgərovdan 1 kiloqramdan artıq heroin və metamfetamin, Elvin Rəsulovdan 500 qrama yaxın heroin və narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitləri, Samir Şahverdiyev və Nail Nəsirovun üzərlərindən, eləcə də, idarə etdikləri avtomobillərdən ümumilikdə 1 kiloqram 40 qram heroin, metamfetamin və elektron tərəzi, Səbuhi Hüseynlidən isə ümumilikdə 2 kiloqram 361 qram heroin, metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Baş İdarə əməkdaşlarının narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı həyata keçirdiyi sonuncu əməliyyat zamanı isə Abşeron rayonu Məhəmmədli qəsəbəsində yaşayan Ramil Rəhimov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı ümumi çəkisi 20 kiloqram olan 91 ədəd aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə kolu aşkar olunub.

Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən 72 kiloqramdan artıq narkotik maddə heroin və psixoptrop maddə metamfetamin, o cümlədən, 91 ədəd çətənə kolu və 1000 ədəd psixotrop tərkibli "Metadon" həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı saxlanılanların hər biri paytaxt Bakı və ətraf ərazilərdə narkotik vasitələrin aktiv satışını həyata keçirən şəxslər olublar. Onların cinayət əlaqələrinin və əldə etdikləri narkotik vasitələrin mənbələrinin müəyyən edilməsi istiqamətində Baş İdarənin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Eltonla həyat yoldaşından like
  • 29 İyn 14:14  
Şou-biznes Eltonla həyat yoldaşından

Müğənni Elton Hüseynəliyev sosial media hesabındakı paylaşımı ilə diq

arrow Ətraflı
Ermənistanda COVID19a yoluxanların sayı 224 967 nəfərə çatıb like
  • 29 İyn 14:09  
Dünya Ermənistanda COVID19a yoluxanların sayı 224 967 nəfərə çatıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasın

arrow Ətraflı
Gürcüstanda son sutkada yoluxanlar kəskin artıb like
  • 29 İyn 14:04  
Dünya Gürcüstanda son sutkada yoluxanlar kəskin artıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1194 yoluxma

arrow Ətraflı
Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumu imzalandı like
  • 29 İyn 13:55  
Siyasət Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumu imzalandı

Azərbaycan Ombudsman Aparatı ilə Türkiyə İnsan Hüquqları və Bərabərli

arrow Ətraflı
Bayden Rusiya ilə ABŞın əməkdaşlıq edə biləcəyi sahələri açıqladı like
  • 29 İyn 13:54  
Dünya Bayden Rusiya ilə ABŞın əməkdaşlıq edə biləcəyi sahələri açıqladı

Rusiya və ABŞ-ın nüvə silahının yayılmaması və iqlim dəyişikliyi kim

arrow Ətraflı
Putin Nazarbayevlə görüşəcək like
  • 29 İyn 13:44  
Dünya Putin Nazarbayevlə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Moskvada Qazaxıstanın birinci Prezidenti-Elba

arrow Ətraflı
Elməddinin tanınmasında rolu olan like
  • 29 İyn 13:39  
Şou-biznes Elməddinin tanınmasında rolu olan

"Onların gözləntiləri var idi, bir neçə dəfə çağırdılar. Görd

arrow Ətraflı
Fulya Öztürk "CNN Türk"dən getdi like
  • 29 İyn 13:34  
Digərləri Fulya Öztürk "CNN Türk"dən getdi

Azərbaycanda da tanınan və sevilən jurnalist Fulya Öztürk "CNN Türk&

arrow Ətraflı
AYİB Azərbaycan iqtisadiyyatı ilə bağlı yeni proqnozlarını açıqlayıb like
  • 29 İyn 13:31  
Digərləri AYİB Azərbaycan iqtisadiyyatı ilə bağlı yeni proqnozlarını açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2021-ci ildə Azərbaycanda ü

arrow Ətraflı
Sərxan Sərxan qalmaqala aydınlıq gətirdi: “Utanmırlar?!” like
  • 29 İyn 13:30  
Şou-biznes Sərxan Sərxan qalmaqala aydınlıq gətirdi: “Utanmırlar?!”

Xalq artisti Sərxan Sərxanın "Rayonlu nə bilir konsert nədir?" b

arrow Ətraflı
Daha bir Avropa ölkəsində maska məcburiyyəti qaldırılır like
  • 29 İyn 13:29  
Dünya Daha bir Avropa ölkəsində maska məcburiyyəti qaldırılır

İtaliyada açıq havada maska taxma məcburiyyəti ləğv edilir.

arrow Ətraflı
Bakıda külək, rayonlarda yağış gözlənilir  PROQNOZ like
  • 29 İyn 13:26  
Digərləri Bakıda külək, rayonlarda yağış gözlənilir PROQNOZ

İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
PROBLEM: “Qalatasaray”ın ulduzu açıqaydın LGBTni dəstəklədi like
  • 29 İyn 13:24  
Digərləri PROBLEM: “Qalatasaray”ın ulduzu açıqaydın LGBTni dəstəklədi

Türkiyə millisinin və "Qalatasaray"ın futbolçusu Taylan Antalyal

arrow Ətraflı
Abid Şərifovun vəziyyəti pisləşdi like
  • 29 İyn 13:21  
Digərləri Abid Şərifovun vəziyyəti pisləşdi

Baş nazirin sabiq müavini Abid Şərifov xəstəxanaya yerləşdirilib.

arrow Ətraflı