Gürcüstanda son sutkada yoluxanlar kəskin artıb


Dünya 29 İyn 2021 14:04:00 149 0

Gürcüstanda son sutkada yoluxanlar kəskin artıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1194 yoluxma halı qeydə alınıb, 22 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 365 068, ölənlərin sayı isə 5 297 nəfərə çatıb. Virusa yoluxanlardan 351 144 nəfərin sağaldığı bildirilir.