Bayden Rusiya ilə ABŞın əməkdaşlıq edə biləcəyi sahələri açıqladı


Dünya 29 İyn 2021 13:54:00 128 0

Bayden Rusiya ilə ABŞın əməkdaşlıq edə biləcəyi sahələri açıqladı

Rusiya və ABŞ-ın nüvə silahının yayılmaması və iqlim dəyişikliyi kimi sahələrdə əməkdaşlıq etmək şansı var.

Son.az APA-ya istinadən bildirir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

O bildirib ki, Rusiya ilə ortaq maraqlarının olduğu sahələrdə nüvə silahının yayılmaması və iqlim dəyişikliyi mövzusunda əməkdaşlıq edə biləcəklərini Prezident Vladimir Putinə açıqca söyləyib.

Rusiya ilə ABŞ arasındakı fərqlərdən danışan C. Bayden mümkün kiber hücumlar və ya ABŞ iqtisadiyyatına müdaxilə olacağı halda ölkəsinin buna cavab verəcəyini qeyd edib.