Fulya Öztürk "CNN Türk"dən getdi


Digərləri 29 İyn 2021 13:34:00 126 0

Fulya Öztürk "CNN Türk"dən getdi

Azərbaycanda da tanınan və sevilən jurnalist Fulya Öztürk "CNN Türk"dən ayrılıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Fulya bundan sonra "Fox Tv"də çalışacaq. Öztürk sözügedən kanalda həftədə beş gün veriliş hazırlayıb aparacaq.

Qeyd edək ki, Fulya ikinci Qarabağ müharibəsində Azərbaycana gəlmişdi. O, müharibə ərəfəsində xəbərləri təqdim etməsi və fəal iştirakına görə böyük sevgi qazanıb.