Elməddinin tanınmasında rolu olan


Şou-biznes 29 İyn 2021 13:39:00 373 0

Elməddinin tanınmasında rolu olan

"Onların gözləntiləri var idi, bir neçə dəfə çağırdılar. Gördülər o deyiləm. Daha dəvət gəlmədi. Bir də tələbləri var ki, köç gəl burada yaşa. Haradasa qala bilmirəm. Uşaqlarım buradadır. Dördüncü dəfə harasa köçüb yaşaya bilmərəm".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Söhbət var" verilişində deyib. Bir müddət əvvəl Türkiyədə filmlərə çəkilən sənətçi daha dəvət almamasının səbəbini açıqlayıb.

Elməddin düşdüyü çətin durumda ona "Soy" prodakşının rəhbəri Oqtay Əliyevin yardım etdiyini söyləyib:

"Hər şeyin bitdiyi an idi. Oqtay Əliyevlə oturmuşduq. Mənə pul vermədi, amma elə bil 100 min verdi. Elə enerji verdi ki, dedim, hər şeyi bacaracam".