Daha bir Avropa ölkəsində maska məcburiyyəti qaldırılır


Dünya 29 İyn 2021 13:29:00 123 0

Daha bir Avropa ölkəsində maska məcburiyyəti qaldırılır

İtaliyada açıq havada maska taxma məcburiyyəti ləğv edilir.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Roberto Speranza bildirib.

Qeyd edilir ki, 28 iyun tarixindən etibarən ölkənin bütün bölgələri epidemioloji risklər baxımından təhlükəsiz şəkildə "ağ zonaya" doğru hərəkət edirlər.

Nəqliyyatda, mağazalarda, qapalı otaqlarda və insanların sıx olduğu yerlərdə maska ​​taxma məcburidir.