Çavuşoğlu və Lavrov sabah Antalyada görüşəcək


Dünya 29 İyn 2021 12:32:00 176 0

Çavuşoğlu və Lavrov sabah Antalyada görüşəcək

Türkiyə və Rusiyanın xarici işlər naziri Mövlud Çavuşoğlu və Sergey Lavrov iyunun 30-da Antalyada görüşəcək.

Son.az Trend-ə istinadən bildirir ki, görüş zamanı nazirlər Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna, Əfqanıstan kimi məsələləri, eləcə də iqtisadi münasibətləri müzakirə edəcək.

Bundan başqa, koronavirusa qarşı Rusiyanın "Sputnik V" vaksininin Türkiyədə istifadəsi və istehsalı məsələləri müzakirə mövzusu olacaq.