Hər hektardan 32 sentner taxıl yığılıb


Digərləri 29 İyn 2021 12:54:00 144 0

Hər hektardan 32 sentner taxıl yığılıb

Ölkə üzrə taxıl sahələrinin 2/3 hissəsində biçin yekunlaşıb

Son.az Real TV-ə istinadən bildirir ki, taxıl sahələrində biçin prosesi davam edir. Artıq ölkə üzrə taxıl sahələrinin 2/3 hissəsində biçin yekunlaşıb. Taxıl üzrə orta məhsuldarlıq 32 sentnerə çatır, biçinin yekununda bu rəqəmin yüksələcəyi gözlənilir.

Vüqar Hüseynovun sözlərinə görə, artıq Azərbaycanda fərdi təsərrüfatlarda hər hektardan 60 sentnerdən artıq məhsul götürmək illüziya deyil. Bir çox təsərrüfatlarda fermerlər bu il çox yüksək məhsuldarlıq əldə ediblər.

Uzun illər Bərdə rayonunda taxıl əkən fermer Saleh Qasımov da bu mövsüm yüksək məhsul götürüb. O məhsuldarlığın sirrini doğru toxum seçimi və düzgün aqrotexniki qulluqla əsaslandırır.

Qeyd edək ki, hazırda Azərbaycanda taxıl sahələrinin 64 faizində biçin başa çatıb. Sahələrdən 2 milyon tondan çox məhsul yığılıb. Kənd Təsərrüfatı Nazirliyi biçin prosesini optimal müddətdə başa çatdırmağı nəzərdə tutur.