Ağadadaş Ağayevlə bağlı XOŞ XƏBƏR:


Şou-biznes 29 İyn 2021 12:37:00 108 0

Ağadadaş Ağayevlə bağlı XOŞ XƏBƏR:

Xalq artisti Ağadadaş Ağayevdən xəbər var.

Son.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən müğənni Türkiyədə ard-arda üş əməliyyat keçirsə də səhhəti yaxşılaşmağa başlayıb. 

Hacı Nuran məlumat verib ki, xalq artisti artıq Bakıya qayıdır:

"29.06.2021 ... O qədər sevincliyəm ki... Mən axı hər ağızda bir dua var demişdim, mən axı xalqın alqışı sənətkarını xilas edəcək deyə, inanmışdım. Axır ki, Ağayevlər ailəsi aylardan bəri ilk dəfə olaraq sevincdən ağladı. Çünki mənim qardaşım, dostum - Azərbaycan Respublikasının xalq artisti Ağadadaş Ağayev bu gün Vətənə qayıdır, özü də sağlam, gümrah. Allahın köməkliyi ilə, tibb elmi möcüzə yaratdı. Dəfələrlə əməliyyat olunan sənətkar ölümə baş əymədi. Göydə Allahın, yerdə xalqın duası nəticəsində qardaşım sağaldı. Mən bilirəm o xəstəxana çarpayısı nə deməkdir, mən bilirəm, o həkimlərin sözlə dolu gözlərinə baxmaq nə deməkdir, nə deməkdir saatlarla reanimasiya qapısında, cərrahiyyə qabağında gözləmək. Və bütün bunlardan insanı bir şey xilas edir: dua və inam. Elə Ağadadaş Ağayev də inanırdı. İnanırdı ki, sağ-salamat qayıdacaq elinə, obasına, elə mən də inanırdım, özü də çox inanırdım. Budur, qardaşım qayıdır. Vətənə, ailəsinə, səhnəyə ...".