Lavrov Antalyada Çavuşoğlu ilə görüşəcək


Dünya 28 İyn 2021 22:04:00 131 0

Lavrov Antalyada Çavuşoğlu ilə görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 30-da Antalyaya səfər edəcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, rusiyalı nazir türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü olacaq.

Nazirlər Cənubi Qafqaz, Orta Şərq, Şimali Afrika, həmçinin, Əfqanıstan, ukrayna, Şərqi Aralıq dənizi və Qaradəniz bölgələri, Suriya və Liviya məsələlərini müzakirə edəcklər.

O cümlədən, iki ölkə arasındakı ticarət və iqtisadi əlaqələrlə bağlı işbirliyinin inkişaf etdirilməsi ilə bağlı məsələlər də gündəmdə olacaq.