Bu gün peyvənd olunanların sayı açıqlandı


Digərləri 28 İyn 2021 16:42:00 170 0

Bu gün peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 608 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 317, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 291 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 349 035, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 139 001, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 210 034 təşkil edir.