Dünən 5 nəfər batmaq təhlükəsi ilə üzləşib Xilas ediliblər


Digərləri 28 İyn 2021 15:24:00 143 0

Dünən 5 nəfər batmaq təhlükəsi ilə üzləşib  Xilas ediliblər

İyunun 27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Yevlax", "Mərdəkan", "Buzovna", "Bilgəh", "Hövsan" sularda xilasetmə məntəqələrinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən 5 nəfər batma təhlükəsi ilə üzləşib.

FHN-dən Son.az-a verilən məlumata görə, onların hər biri xilas olunub.