ABŞ kəşfiyyatı “uçan boşqab”lar barədə hesabatı yayımladı:


Dünya 27 İyn 2021 11:44:00 161 0

ABŞ kəşfiyyatı “uçan boşqab”lar barədə hesabatı yayımladı:

Uçan Naməlum Obyektlər (UNO) ABŞ-ın milli təhlükəsizliyi üçün problemlər yarada bilər.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə ABŞ milli kəşfiyyatının hesabatında bildirilib.

Sənəddə deyilir ki, UNO-lar təhlükəsiz uçuşlar sahəsində problemlər yaradır. Əsas narahatlıqlar pilotların getdikcə yüklənən hava məkanında hərəkəti ilə bağlıdır.

Bundan başqa, naməlum hava təzahürlərinin xarici düşmənlərin informasiya toplama platformasını özündə ehtiva etdiyi vurğulanıb.

Sənəddə düşmənin "dağıdıcı və ya inqilabi bir texnologiya" inkişaf etdirdiyini göstərən mümkün dəlillərdən narahatlıqlar da qeyd edilib.

Hesabatda ümumilikdə UNO-ların görüldüyü iddia edilən və izahı olmayan 144 hadisə qeyd edilib. Kəşfiyyat müşahidə olunan bəzi cisimlərin aerodinamik qanunlara zidd olaraq hərəkət etdiyini vurğulayıb.