İsraildə dünyanın ilk süni ət fabriki açılıb


Dünya 27 İyn 2021 11:34:00 153 0

İsraildə dünyanın ilk süni ət fabriki açılıb

İsrailin Rexovot şəhərində "Future Meat Technologies Ltd." startapı dünyanın ilk ət istehsalı olan sənaye müəssisəsini açıb.

Son.az oxu.az-a istinadən bildirir ki, tərtibatçılar toyuq fermalarını və kəsim məntəqələrini hüceyrə əsaslı ət istehsalı üçün bioreaktorlarla əvəz etməyi planlaşdırırlar.

Toyuq, donuz və qoyun əti istehsalı ilə məşğul olacaq müəssisə gündə 500 kiloqram məhsul hazırlaya biləcək.

Mal əti istehsalına isə bir müddət sonra başlanacaq.

Gələn ilin sonunda şirkət ABŞ restoran tədarükçüsü olmaq niyyətindədir. Bu barədə artıq tənzimləyici orqanlarla müzakirələr aparılır.