Rusiya Qara dənizə daxil olan ABŞ gəmisini izləməyə başladı


Dünya 27 İyn 2021 11:19:00 121 0

Rusiya Qara dənizə daxil olan ABŞ gəmisini izləməyə başladı

Qara dənizə daxil olan ABŞ-a məxsus "USS Ross" hərbi gəmisinin fəaliyyəti izləməyə götürülüb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

"Qara dəniz donanması iyunun 26-da Qara dənizə daxil olan ABŞ donanmasına məxsus "USS Ross" hərbi gəmisinin izlənilməsinə başlayıb", - açıqlamada bildirilib.

Qeyd edək ki, ABŞ-ın Altıncı Donanması hərbi gəminin Ukraynanın iştirakı ilə keçiriləcək "Sea Breeze" təlimlərinə qatılmaq üçün Qara dənizə daxil olduğunu açıqlayıb.