İngiltərədə öpüşmə fotosu yayılan nazir istefa verdi


Dünya 27 İyn 2021 10:34:00 208 0

İngiltərədə öpüşmə fotosu yayılan nazir istefa verdi

İngiltərənin səhiyyə naziri Matt Hankok istefa verib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb nazirin arvadına xəyanət etməsinin görüntülərinin yayılmasıdır.

Belə ki, bir neçə gün əvvəl nazirin özü kimi evli olan iş yoldaşı Qina Koladanqelo ilə öpüşərkən çəkilmiş şəkli mediaya sızıb.

İlk dəfə "The Sun"da yayımlanan fotonu gördükdən sonra nazirin 14 illik həyat yoldaşı və üç övladının anası olan Marta Hankokun evi tərk etdiyi bildirilib.

Bunun ardınca isə ingilis mediasından bütün dünyaya yayılan qalmaqal fonunda nazir istefa verdiyini açıqlayıb.