Sumqayıtda iki avtomobil toqquşub,


Digərləri 27 İyn 2021 10:24:00 120 0

Sumqayıtda iki avtomobil toqquşub,

Sumqayıtda iki avtomobil toqquşub, ölən var.

Son.az APA-ya istinadən bildirir ki, şəhərin Səməd Vurğun küçəsində ağır qəza baş verib.

Hərəkətdə olan "Lexus" markalı avtomobil qarşısında olan "Opel" markalı avtomobilə dəyib. Zərbənin gücündən "Opel" markalı avtomobil hərəkətdə olduğu yoldan çıxaraq əks istiqamətdə olan yola düşüb.

Ağır qəza nəticəsinə "Opel" markalı" avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü İsmayılov Ramil Ədalət oğlu hadisə yerində ölüb. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.