Bakıda daha bir yaşayış binasında yanğın


Digərləri 27 İyn 2021 10:10:00 137 0

Bakıda daha bir yaşayış binasında yanğın

Bakıda daha bir yaşayış binasında yanğın olub.

FHN-dən Son.az-a verilən məlumata görə, hadisə şəhərin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində baş verib.

Belə ki, ümumi sahəsi 48 kvadrat metr olan mənzilin yanar konstruksiyaları 22 kvadrat metr sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.