Müdafiə nazirindən Silahlı Qüvvələr Günü münasibətilə təbrik


Digərləri 26 İyn 2021 09:34:00 111 0

Müdafiə nazirindən Silahlı Qüvvələr Günü münasibətilə təbrik

Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik edib.

Son.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Sizi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Müstəqilliyi əbədi, dönməz olan Azərbaycan Respublikasının müdafiəsinin və təhlükəsizliyinin təminatçısı kimi Ordumuz bu gün dünyanın ən güclü ordular sırasında yer almaqla eyni zamanda regionda sülhün, sabitliyin qorunmasında mühüm rol oynayır. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu quruculuğu müstəqilliyini yenidən qazanan ölkəmizdə tarixi varislik prinsipi əsasında müasir mərhələyə qədəm qoydu. 1918-ci il iyunun 26-da yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil etmişdir.

Hərb tariximizin şanlı səhifəsi sayılan 103 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordumuzun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi irəli sürülməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımlarının nəticəsidir.

Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Bu hər birimizi sevindirir və qürurlandırır. Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, ölkəmizin müdafiə qabiliyyəti gündən-günə artaraq, xalq, dövlət, ordu birliyi monolit birliyə çevrilib.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Ötən il dekabrın 10-da Azadlıq meydanında təşkil olunan Vətən müharibəsində əldə etdiyimiz böyük qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyinin bir daha təsdiqidir.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və Nizamnamələrə daim sadiq qalaraq, döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Hər zaman olduğu kimi bu bayram günündə də Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, onların unudulmaz xatirəsini əziz tuturuq. Şəhid ailələrini və torpaqlarımızın müdafiəsində əzmlə dayanaraq hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram. Bir daha 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə hər birinizi ürəkdən təbrik edir, Sizlərə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!"

Azərbaycan Ordusunun tarixində İLK like
  • 26 İyn 09:28  
Digərləri Azərbaycan Ordusunun tarixində İLK

"Azərbaycanın torpaqları işğal olunmuşdu və gec-tez o torpaqlar iş

arrow Ətraflı
Paraqvay Prezidentinin qohumu çökən binanın dağıntıları altında qalıb  FOTO like
  • 26 İyn 09:22  
Digərləri Paraqvay Prezidentinin qohumu çökən binanın dağıntıları altında qalıb FOTO

Paraqvay prezidenti Mario Abdo Benitesanın baldızının ailəsi Mayamidə çö

arrow Ətraflı
“Kurtuluş Osman”ın Lenası vertiqoya tutulub  FOTO like
  • 26 İyn 09:16  
Şou-biznes “Kurtuluş Osman”ın Lenası vertiqoya tutulub FOTO

Türkiyənin "Kurtuluş Osman" serialında Lena obrazını canlandıra

arrow Ətraflı
Ağstafa rayonunda zəlzələ olub like
  • 26 İyn 09:10  
Digərləri Ağstafa rayonunda zəlzələ olub

İyunun 26-da Azərbaycanda zəlzələ olub.

arrow Ətraflı
Koronavirusun ən yoluxucu ştammı açıqlandı like
  • 26 İyn 09:05  
Dünya Koronavirusun ən yoluxucu ştammı açıqlandı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebr

arrow Ətraflı
Ən təsirli arıqlama yöntəmləri like
  • 26 İyn 08:59  
Digərləri Ən təsirli arıqlama yöntəmləri

Tez bir zamanda arıqlamaq və sağlam görünmək istəyirsinizsə, ən təsirl

arrow Ətraflı
Ermənistanda 1 ay əvvəl itkin düşmüş hərbçi hələ də tapılmayıb like
  • 26 İyn 08:58  
Dünya Ermənistanda 1 ay əvvəl itkin düşmüş hərbçi hələ də tapılmayıb

Ermənistan ordusunun bir aydan çoxdur itkin düşmüş hərbi qulluqçusu Nori

arrow Ətraflı
Tezbazar tortunun resepti like
  • 26 İyn 08:57  
Digərləri Tezbazar tortunun resepti

Son.az "Ağababa Ağababa" youtube kanalına istinadən oxucularına n

arrow Ətraflı
Biyan kökünün faydaları like
  • 26 İyn 08:55  
Digərləri Biyan kökünün faydaları

Biyan kökü paxlakimilər fəsiləsinə aid olan ağaçdan əldə edilir. Biyan

arrow Ətraflı
Bakıda beş qadını avtomobil vurub like
  • 26 İyn 08:53  
Digərləri Bakıda beş qadını avtomobil vurub

Gecə saatlarında paytaxtın müxtəlif rayonlarında qəza baş verib.

arrow Ətraflı
Şərbətin insan orqanizminə faydaları like
  • 26 İyn 08:51  
Digərləri Şərbətin insan orqanizminə faydaları

Şərbət soyuq və ya isti halda içilən spirtsiz içkidir. Şərbətin hazır

arrow Ətraflı
Hacıqabulda oğul anasını döyüb like
  • 26 İyn 08:48  
Digərləri Hacıqabulda oğul anasını döyüb

Hacıqabulda döyülmə hadisəsi baş verib.

arrow Ətraflı
Piylənmənin dərəcələri, əmələ gəlmə səbəbləri və müalicəsi like
  • 26 İyn 08:46  
Digərləri Piylənmənin dərəcələri, əmələ gəlmə səbəbləri və müalicəsi

Mütəxəssislər insanlarda 6 tip piylənməyə meyilik olduğunu aşkar etmiş

arrow Ətraflı
Balakəndə iki yaşlı uşaq qaynar suda yanıb like
  • 26 İyn 08:43  
Digərləri Balakəndə iki yaşlı uşaq qaynar suda yanıb

Balakəndə ehtiyatsızlıqdan iki yaşlı uşaq qaynar suda yanıb.

arrow Ətraflı
Frappe içkisinin faydaları like
  • 26 İyn 08:41  
Digərləri Frappe içkisinin faydaları

Frappe (fran.frapper - vurmaq, tıqqıldatmaq, zərbə endirmək) qatı və soyu

arrow Ətraflı