Müğənni “Instagram” hesabını oğurlayanları təriflədi: “Çox qabiliyyətlidilər”


Şou-biznes 26 İyn 2021 09:36:00 135 0

Müğənni “Instagram” hesabını oğurlayanları təriflədi: “Çox qabiliyyətlidilər”

Türkiyəli məşhur müğənni Halil Sezainin "Instagram" hesabı oğurlanıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, müğənni 132 min izləyicisi olan hesabının oğurlanmasını "Twitter" hesabından açıqlayıb:

"Orada boş-boş paylaşımlar olarsa, o mən deyiləm. Bu qədər qorunan hesabı necə oğurladığınıza inana bilmirəm. Çox qabiliyyətli uşaqlarımız var".