Paraqvay Prezidentinin qohumu çökən binanın dağıntıları altında qalıb FOTO


Digərləri 26 İyn 2021 09:22:00 173 0

Paraqvay Prezidentinin qohumu çökən binanın dağıntıları altında qalıb  FOTO

Paraqvay prezidenti Mario Abdo Benitesanın baldızının ailəsi Mayamidə çökən binanın dağıntılar altında qalıb. Bu səbəbdən ölkənin birinci xanımı Silvana Lopes Moreyra de Abde Floridaya yollanacaq.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "La Nacion" xəbər yayıb.

Bildirilir ki, qadının, ərinin və üç uşağının taleyi bardə heç bir məlumat yoxdur.

Xatırladaq ki, Florida ştatında, Mayami-Deyd dairəsində 12 mərtəbəli bir bina qismən çöküb. Hadisə nəticəsində azı üç nəfər ölüb, doqquz nəfər yaralanıb. Hazırda təxminən 40 nəfər xilas edilib, azı 99 nəfərin isə dağıntılar altında qaldığı düşünülür.