“Kurtuluş Osman”ın Lenası vertiqoya tutulub FOTO


Şou-biznes 26 İyn 2021 09:16:00 145 0

“Kurtuluş Osman”ın Lenası vertiqoya tutulub  FOTO

Türkiyənin "Kurtuluş Osman" serialında Lena obrazını canlandıran aktrisa Seray Kaya vertiqo (başgicəllənmə) xəstəliyi ilə mübarizə aparır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, "Snob Magazin"in kameralarına tuş gələn aktrisa bu barədə özü deyib.

Günorta saatlarında alış-veriş mərkəzindən çıxan aktrisa dekolteli qara paltarı ilə diqqət çəkib.

"Çətin şərtlərlə çəkilən, yorucu bir serialdan çıxdım. Onun üçün hazırda tətil havasındayam, istirahət etməliyəm", - deyə o bildirib.