Koronavirusun ən yoluxucu ştammı açıqlandı


Dünya 26 İyn 2021 09:05:00 164 0

Koronavirusun ən yoluxucu ştammı açıqlandı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusun ən yoluxucu mutasiyasının adını açıqlayıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə o, Cenevrədə keçirdiyi brifinqdə bildirib.

ÜST rəhbərinin sözlərinə görə, "delta" ştammı bütün ştammlardan ən çox yoluxucudur. Ştamm 85 ölkədə aşkar edilib və peyvənd olunmayan əhali arasında sürətli templə yayılır.

Tedros Adhanom Qebreyesus vurğulayıb ki, hazırda dünyada koronavirusa yoluxma hallarının artımı qeydə alınır, bu, ölüm faizinin artımına gətirib çıxara bilər.