Qumçınqıl istehsalçıları ilə müvafiq dövlət qurumları arasında müzakirələr təşkil edilib FOTO


Digərləri 25 İyn 2021 14:06:00 81 0

Qumçınqıl istehsalçıları ilə müvafiq dövlət qurumları arasında müzakirələr təşkil edilib  FOTO

İyunun 25-də "Qum-çınqıl hasilatı üzrə mövcud çətinliklər, biznes imkanları və perspektivlər" mövzusunda forum keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, KOBİA-nın dəstəyi və Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının tərəfdaşlığı ilə təşkil olunmuş tədbirdə qum və çınqıl istehsalı ilə məşğul olan və bu məhsulların təchizatçıları, sektor üzrə ictimai təşkilatlar və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Agentlikdən Son.az-a verilən məlumata görə, KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun qum və çınqıl istehalı sahəsində mövcud vəziyyətin öyrənilməsi, çətinliklərin müəyyənləşdirilməsi və səmərəli həll yollarının tapılması, eləcə də qum-çınqıl ehtiyatlarından səmərəli istifadə olunması üçün dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil olunduğunu bildirib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, ölkəmizin faydalı qazıntılarla zəngin ehtiyatları, o cümlədən qum-çınqıl mədənçıxarma sənayesi iqtisadiyyat, xüsusilə tikinti sektoru üçün əhəmiyyətlidir. Bu sahə ölkə iqtisadiyyatı üçün nə qədər gəlirli olsa da, prosesin ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirləri ilə uzlaşma çərçivəsində tənzimlənməsi vacibdir. "Daxil olmuş müraciətlər, keçirilmiş sorğu və görüşlər göstərir ki, sektorun inkişafında müəyyən çətinliklər mövcuddur. Qum və çınqıl hasilatı sahəsində qanunsuz sahibkarlıq fəaliyyətinin mövcudluğu haqsız rəqabətə və sektora sərmayə qoyan və leqal fəaliyyət göstərən biznes strukturlarının işinə çətinlik yaradır. Bəzi hallarda müvafiq sahə üzrə mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı çətinliklər müşahidə olunur. Qanunvericilikdə nəzərdə tutulmuş qaydalar barədə məlumatsızlıq və maarifləndirmə işlərinin yetərsizliyi bəzən sahibkarlıq subyektləri üçün inzibati hüquq pozuntularına və cərimələrin tətbiqinə gətirib çıxarır".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov qum-çınqıl və daş istehsalının inkişafı sahəsində görülən işlər, təbii ehtyatların qorunub saxlanması və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər barədə məlumat verib, həyata keçirilən tədbirlərin bu sahədə şəffaflığın təmin edilməsi və fəaliyyətin qanunvericiliyə uyğun təşkilinə hesablandığını vurğulayıb. Bildirilib ki, Agentlik sektorun inkişafı və mövcud çətinliklərin həlli sahəsində sahibkarlarla sıx əməkdaşlıqda maraqlıdır.

Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Niyaməddin İskəndərov çıxışında müvafiq sektorun mövcud vəziyyətinə və inkişaf perspektivlərinə dair məlumat verib.

Rusiyada koronavirusdan ölənlərin sayı 132 mini ötüb like
  • 25 İyn 14:04  
Dünya Rusiyada koronavirusdan ölənlərin sayı 132 mini ötüb

Rusiyada son sutka ərzində daha 20 393 nəfər yeni növ koronavirusa (COVID-1

arrow Ətraflı
Azərbaycanda bir sıra cərimələr artırılır like
  • 25 İyn 13:54  
Digərləri Azərbaycanda bir sıra cərimələr artırılır

Azərbaycanda bir sıra cərimələr artırılır.

arrow Ətraflı
Universitetin keçmiş rektoru qarğış yağdırdı  “Hər gün oxuduğum dualar onlara qənim olsun” like
  • 25 İyn 13:44  
Digərləri Universitetin keçmiş rektoru qarğış yağdırdı “Hər gün oxuduğum dualar onlara qənim olsun”

Bir müddət əvvəl Bakı Slavyan Universitetinin rektroru Nurlana Əliyeva tut

arrow Ətraflı
Azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər saxlanıldı like
  • 25 İyn 13:39  
Digərləri Azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər saxlanıldı

İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrd

arrow Ətraflı
Şagirdi ilə yaxınlıq etmək istədi  Məhkəmədə etirafı hər kəsi heyrətə saldı like
  • 25 İyn 13:29  
Digərləri Şagirdi ilə yaxınlıq etmək istədi Məhkəmədə etirafı hər kəsi heyrətə saldı

Avstraliyanın Sidney şəhərində 24 yaşlı Monika Elizabet Younq adlı müə

arrow Ətraflı
Ceyhun Bayramov üç ölkənin XİN rəhbərləri ilə görüşüb like
  • 25 İyn 13:26  
Siyasət Ceyhun Bayramov üç ölkənin XİN rəhbərləri ilə görüşüb

Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Q

arrow Ətraflı
"Həkimin də fahişəsi var, müəllimənin də" like
  • 25 İyn 13:25  
Şou-biznes "Həkimin də fahişəsi var, müəllimənin də"

"Qeyrətli müğənnilərimiz var bizim. İndi qurunun oduna yaş da yanır

arrow Ətraflı
Əlil arabasında gəzən Xalq artistinin SON VƏZİYYƏTİ like
  • 25 İyn 13:24  
Şou-biznes Əlil arabasında gəzən Xalq artistinin SON VƏZİYYƏTİ

Bir müddət öncə xəstəxanada müalicə olunan Xalq artisti Canəli Əkbəro

arrow Ətraflı
MEDİAnın müharibədə iştirak edən əməkdaşı medallarla təltif edilib  FOTO like
  • 25 İyn 13:19  
Digərləri MEDİAnın müharibədə iştirak edən əməkdaşı medallarla təltif edilib FOTO

Medianın İnkişafı Agentliyinin əməkdaşı, Vətən müharibəsi qazisi Dil

arrow Ətraflı
69 yaşlı Əməkdar artistimiz üzündə plastik əməliyyat etdirdi like
  • 25 İyn 13:14  
Şou-biznes 69 yaşlı Əməkdar artistimiz üzündə plastik əməliyyat etdirdi

Əməkdar artist Vahid Əliyev plastik əməliyyat olunub.

arrow Ətraflı
"Efirdə yardım edəcəyini deyib, sonra vermədi" like
  • 25 İyn 13:04  
Şou-biznes "Efirdə yardım edəcəyini deyib, sonra vermədi"

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aparıcı Zaur Kamalla bağlı etira

arrow Ətraflı
Aygün Kazımova bu VİDEOsu ilə gündəm oldu like
  • 25 İyn 12:59  
Şou-biznes Aygün Kazımova bu VİDEOsu ilə gündəm oldu

Xalq artisti Aygün Kazımova instaqramda yeni paylaşım edib.

arrow Ətraflı
Bakı od tutub yanacaq: 39 dərəcə!  PROQNOZ like
  • 25 İyn 12:57  
Digərləri Bakı od tutub yanacaq: 39 dərəcə! PROQNOZ

İyunun 26-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Bakıda küçədə sürücünü döyüb öldürənlər like
  • 25 İyn 12:55  
Digərləri Bakıda küçədə sürücünü döyüb öldürənlər

Bakıda küçədə vətəndaşı döyüb öldürən sürücü və sərnişinlər

arrow Ətraflı
“Azərbaycanda hətta kitab da oxuyurduq” like
  • 25 İyn 12:54  
Digərləri “Azərbaycanda hətta kitab da oxuyurduq”

Ermənistana qaytarılan erməni Erik Xaçatryan "armlur.am" saytına

arrow Ətraflı