DSXdan əməliyyat


Kriminal 25 İyn 2021 14:25:00 112 0

DSXdan əməliyyat

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsi tərəfindən keçirilən tədbirlər nəticəsində təxmini çəkisi 70 kilo­qram 405 qram narkotik vasitənin, 920 ədəd narkotik tərkibli və 150 ədəd güclü təsirli dərman preparatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu xəbəri də oxu: Səməd Səmədov vəfat etdi

DSX-dan Son.az-a verilən məlumata görə, iyunun 20-də saat 02:00 radələrində Füzuli rayonunun "Bala-Bəhmənli" sərhəd zastavasının ərazisində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal "Silaha" komandası ilə qaldırılmış, ərazi qapadılmışdır. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Horadiz-Bakı avtomagistral yolunun yaxınlığındakı ərazidən bağlama götürərək uzaqlaşmağa çalışan 1 nəfər şübhəli şəxs saxlanılıb.

Saxlanılan şəxsin Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Piriyev Məhərrəm Vahab oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 34 kiloqram 800 qram narkotik vasitə (26400 qram "heroin", 2000 qram "metamfetamin" və 6400 qram "marixuana") aşkar olunaraq götürülüb.

İyun ayının 22-də İmişli rayonunun "Bəhrəmtəpə" sərhəd zasta­va­sının ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulacağı barədə daxil olmuş məlumatla əlaqədar dövlət sərhədin mühafizəsi gücləndirilmiş üsulla təşkil edilib, ərazidə əlavə heyət yerləşdirilmişdir. Saat 03:00 radələrində dövlət sərhədinin pozulması aşkar edildikdən sonra dərhal sərhəd pozucularının təqibinə başlanılıb, hadisə yeri və yaxın ərazilər nəzarətə götürülüb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Bəh­rəm­təpə-Bakı avtomagistral yolu istiqamətində "MAZ" markalı 66-BN-623 dövlət nömrə nişanlı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən 2 nəfər şübhəli şəxs saxlanılıblar.

Yevlax şəhər sakinləri 1981-ci il təvəllüdlü İbadi Ceyhun Tofiq oğlu və 1982-ci il təvəllüdlü Xalıqverdiyev Elçin Eyvaz oğlu olmaları müəyyən­ləşdirilmiş şəxslərin üzərindəki 2 ədəd bağla­manın içərisindən təxmini çəkisi 35 kiloqram 605 qram narkotik vasitə (26 442 qram "heroin", 5863 qram "marixuana", 3300 qram "metamfetamin"), 920 ədəd "metadon M-40" və 150 ədəd "preqabalin" həbləriaşkar olunaraq götürülüb.

Faktlar üzrə cinayət işləri başlanılmış, saxlanılan şəxslər təqsirlən­dirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçil­mişdir. Cinayət işləri üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əlillik təyin edilən zaman ötürülən vaxta görə də pensiya hesablanacaq like
  • 25 İyn 14:22  
Digərləri Əlillik təyin edilən zaman ötürülən vaxta görə də pensiya hesablanacaq

Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar qiymətləndirmə nə

arrow Ətraflı
Yaranmasının 103 illiyini qeyd edən Azərbaycan ordusu qalib ordudur like
  • 25 İyn 14:19  
Siyasət Yaranmasının 103 illiyini qeyd edən Azərbaycan ordusu qalib ordudur

Yaranmasının 103 illiyini qeyd edən Azərbaycan ordusu qalib ordudur, lakin z

arrow Ətraflı
"McDonalds" burgerindən görün nə çıxdı  İYRƏNC GÖRÜNTÜ müqabilində 12 manat təzminat like
  • 25 İyn 14:16  
Digərləri "McDonalds" burgerindən görün nə çıxdı İYRƏNC GÖRÜNTÜ müqabilində 12 manat təzminat

İngiltərənin Stok-on-Trent şəhərindən olan gənc cütlük yerli "McD

arrow Ətraflı
Rusiyada koronavirusdan ölənlərin sayı 132 mini ötüb like
  • 25 İyn 14:04  
Dünya Rusiyada koronavirusdan ölənlərin sayı 132 mini ötüb

Rusiyada son sutka ərzində daha 20 393 nəfər yeni növ koronavirusa (COVID-1

arrow Ətraflı
Azərbaycanda bir sıra cərimələr artırılır like
  • 25 İyn 13:54  
Digərləri Azərbaycanda bir sıra cərimələr artırılır

Azərbaycanda bir sıra cərimələr artırılır.

arrow Ətraflı
Universitetin keçmiş rektoru qarğış yağdırdı  “Hər gün oxuduğum dualar onlara qənim olsun” like
  • 25 İyn 13:44  
Digərləri Universitetin keçmiş rektoru qarğış yağdırdı “Hər gün oxuduğum dualar onlara qənim olsun”

Bir müddət əvvəl Bakı Slavyan Universitetinin rektroru Nurlana Əliyeva tut

arrow Ətraflı
Azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər saxlanıldı like
  • 25 İyn 13:39  
Digərləri Azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər saxlanıldı

İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrd

arrow Ətraflı
Şagirdi ilə yaxınlıq etmək istədi  Məhkəmədə etirafı hər kəsi heyrətə saldı like
  • 25 İyn 13:29  
Digərləri Şagirdi ilə yaxınlıq etmək istədi Məhkəmədə etirafı hər kəsi heyrətə saldı

Avstraliyanın Sidney şəhərində 24 yaşlı Monika Elizabet Younq adlı müə

arrow Ətraflı
Ceyhun Bayramov üç ölkənin XİN rəhbərləri ilə görüşüb like
  • 25 İyn 13:26  
Siyasət Ceyhun Bayramov üç ölkənin XİN rəhbərləri ilə görüşüb

Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Q

arrow Ətraflı
"Həkimin də fahişəsi var, müəllimənin də" like
  • 25 İyn 13:25  
Şou-biznes "Həkimin də fahişəsi var, müəllimənin də"

"Qeyrətli müğənnilərimiz var bizim. İndi qurunun oduna yaş da yanır

arrow Ətraflı
Əlil arabasında gəzən Xalq artistinin SON VƏZİYYƏTİ like
  • 25 İyn 13:24  
Şou-biznes Əlil arabasında gəzən Xalq artistinin SON VƏZİYYƏTİ

Bir müddət öncə xəstəxanada müalicə olunan Xalq artisti Canəli Əkbəro

arrow Ətraflı
MEDİAnın müharibədə iştirak edən əməkdaşı medallarla təltif edilib  FOTO like
  • 25 İyn 13:19  
Digərləri MEDİAnın müharibədə iştirak edən əməkdaşı medallarla təltif edilib FOTO

Medianın İnkişafı Agentliyinin əməkdaşı, Vətən müharibəsi qazisi Dil

arrow Ətraflı
69 yaşlı Əməkdar artistimiz üzündə plastik əməliyyat etdirdi like
  • 25 İyn 13:14  
Şou-biznes 69 yaşlı Əməkdar artistimiz üzündə plastik əməliyyat etdirdi

Əməkdar artist Vahid Əliyev plastik əməliyyat olunub.

arrow Ətraflı