"McDonalds" burgerindən görün nə çıxdı İYRƏNC GÖRÜNTÜ müqabilində 12 manat təzminat


Digərləri 25 İyn 2021 14:16:00 174 0

"McDonalds" burgerindən görün nə çıxdı  İYRƏNC GÖRÜNTÜ müqabilində 12 manat təzminat

İngiltərənin Stok-on-Trent şəhərindən olan gənc cütlük yerli "McDonalds" restoranından burger aldıqda iyrənc görüntüylə üzləşiblər.

Son.az big.az-a istinadən xəbər verir ki, bu barədə "Metro" yazır.

Belə ki, 19 yaşlı Coş Bakin 18 yaşlı sevgilisi Eymi Velç ilə "McDonalds"dan "BBQ Bacon Stack" burgerini sifariş edərək evə aparıblar.

Çoş qutunu açdıqda burgerin qəribə olduğunu hiss edib: çörəyin, pendirin və kahının üzərində sürüşkən maye olub. Diqqətlə baxdıqda gənclər qutuda ilbizin olduğunu görüblər.

Həmin axşam onlar restorana qayıdaraq narazılıqlarını bildiriblər. Bunun qarşılığında "McDonalds" personalı cütlüyə 5 funt sterlinq (təxminən 12 manat) dəyərində təzminat ödəməyi təklif edib. Lakin gənclər araşdırmanı davam etdirmək qərarına gələrək ilbizli burgeri restoranın hesabına ekspertizaya göndəriblər.

"Müştərilərimizin belə bir hadisəylə üzləşdiyinə görə təəssüf edirik. Xoşbəxtlikdən, ekspertiza ilbizə görə burgerdə ineksiya izlərini aşkarlamayıb", - deyə şirkətin nümayəndəsi bildirib.