Əlil arabasında gəzən Xalq artistinin SON VƏZİYYƏTİ


Şou-biznes 25 İyn 2021 13:24:00 142 0

Əlil arabasında gəzən Xalq artistinin SON VƏZİYYƏTİ

Bir müddət öncə xəstəxanada müalicə olunan Xalq artisti Canəli Əkbərovdan xəbər var.

Son.az xəbər verir ki, lent.az-a açıqlama verən xanəndənin qızı bildirib ki, atasının vəziyyəti stabildir: "Atam ev şəraitində müalicəsini davam etdirir. Səhhətində yaşla əlaqədar bir neçə problemlər var. İllərdir şəkər xəstəliyindən əziyyət çəkir. Şükürlər olsun ki, vəziyyəti normaldır. Amma müalicələr hələ də davam edəcək".

Qeyd edək ki, C.Akbərov bir müddət öncə səhhətində problem yarandığı üçün əlil arabasında gəzirdi. Hətta o, əlil arabasında Heydər Əliyev Mərkəzində "Musiqi alətləri: birlik və müxtəliflik" sərgisinin açılış mərasiminə də qatılmışdı.