“Azərbaycanda hətta kitab da oxuyurduq”


Digərləri 25 İyn 2021 12:54:00 123 0

“Azərbaycanda hətta kitab da oxuyurduq”

Ermənistana qaytarılan erməni Erik Xaçatryan "armlur.am" saytına müsahibə verib. O, açıqlamasında Azərbaycanda olarkən ona normal münasibət göstərildiyini bildirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Xaçatryan əsir düşməzdən əvvəl Hadrutda 43 gün mühasirədə qaldığını bildirib.

"43 gün gizləndik. Evin damında idik, yuxarı qalxıb bizi gördülər. Bizi əsir götürdülər və dərhal Bakıya apardılar", - deyə o qeyd edib.

Erməni Azərbaycanda ona normal münasibət göstərildiyini, hətta dostu ilə birlikdə kitab oxuduğunu bildirib: "Gündə üç dəfə yemək verirdilər. Həftədə bir dəfə yuyunurduq. Hər şey normal idi. Narahat etmirdilər".