Florida Qubernatoru evin çökməsi ilə bağlı fövqəladə vəziyyət elan edib


Dünya 25 İyn 2021 08:28:00 133 0

Florida Qubernatoru evin çökməsi ilə bağlı fövqəladə vəziyyət elan edib

ABŞ-ın Florida ştatında qubernator Ron Desantis iyunun 24-də Serfsayd şəhərində yaşayış binasının çökməsindən sonra fövqəladə vəziyyət elan edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu tədbirlər xilasetmə əməliyyatında daha çox qurum, təşklat və vəsaitləri istifadə etmək imkanı verir. Milli Qvardiyanın xilasetmə işlərinə qoşulması istisna edilmir.

Xatırladaq ki, qeyd edilən şəhərdə ötən gün 12 mərtəbəli yaşayış binasının çökməsi nəticəsəində rəsmi məlumata əsasən bir nəfər ölüb, 99 nəfərin taleyi naməlum olaraq qalır. Hadisə baş verən ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, polis və yanğınsöndürənlər işləri davam etdirir.